Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu

Qoruğun adı: Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu

Qoruğun ünvanı: AZ2000, Gəncə şəhərinin 7-ci km-də Qədim Gəncə xarabalığı

Qoruğun yaradılma tarixi: Azərbaycan SSR Nazirlər Sovetinin "Qədim Gəncə ərazisinin Tarix-Mədəniyyət Qoruğu elan edilməsi haqqında” 18 aprel 1988-ci il tarixli, 136 saylı qərarı ilə yaradılmış, Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2019-cu il tarixli 1498 nömrəli Sərəncamının 4-cü bəndinə əsasən "Nizami Gəncəvi məqbərəsi” kompleksi Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibinə daxil edilib.

Qoruğun ümumi sahəsi: 1486 ha (Gəncə şəhəri ərazisində 1236,62 ha və Samux rayon ərazisində isə 249,42 ha təşkil edir)

Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur.

Qoruğun iş saatları: 09:00 - 18:00

Facebook səhifəsi: https://www.facebook.com/G%C9%...

Qoruğa dair tarixi məlumatlar: Qədim Gəncə xarabalığı dedikdə 1139-cu ildə baş vermiş zəlzələ nəticəsində dağıdılan Gəncə şəhərinin yeri nəzərdə tutulur. Qoruq ərazisi 1988-ci ildə tərtib olunmuş xəritəyə əsasən 1482 ha sahəyə malikdir. Bunun 610 ha. Samux rayonu inzibati ərazisindədir. Qoruq ərazisində xalqımızın müqəddəs ziyarətgah yeri olan İmamzadə kompleksi, Comərdi Qəssab türbəsi, Qədim Gəncənin orta əsrlərə aid qala divarının müxtəlif hissələri, Qala bürclərinin qalıqları, türbələr, Körpü qalıqları, arxeoloji qazıntı yeri var. Qoruq ərazisində aşkar olunmuş arxeoloji abidələr orta əsrlərdə həmin ərazidə yaşayan əhalinin məşguliyyəti, məişəti barədə ətraflı təsəvvür yaratmağa imkan verir.

Nizami Məqbərəsi respublika əhalisinin və xarici qonaqların ziyarətgahıdır. Dünya ədəbiyyatı korifeyi, azərbaycanlı İlyas Yusif oglu Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olmuş, 1209-cu ildə Gəncədə vəfat etmiş, özünün məşhur «Xəmsə»sini yaratmışdır. O, azadlıq, sərbəstlik, müstəqillik və demokratiya ideyalarının yaradıcısı və carçısı kimi məşhurlaşmışdır. Onun qəbri üzərində türbə qədimdən tikilmişdir. İlk türbənin tikintisi XIII-XIV əsrlərə aid edilir. 1947-ci ildə şairin qəbri üzərində yeni məqbərə ucaldılmışdır. Hal-hazırkı məqbərə isə 1990-91-ci illərdə yenidən qurulmuş, qədim arxitektura ənənələri saxlanılmaqla müasirləşdirilmişdir. Mərkəzi xiyabanın uzunluğu 125 m, eni 40 m, məqbərənin hündürlüyü isə 20,9 m-dir. Məqbərə ətrafında şairin «Xəmsə»sinin rəmzi kimi 5 iri fəvvarə tikilmişdir. Burada şairin «Xəmsə»sinə daxil olan əsərlərdən bəhs edən heykəltəraşlıq kompleksi və süni göl vardır. 1991-ci ildən Mədəniyyət Nazirliyinin tabeçiliyindədir. Qoruğun Əsasnaməsi 14.04.2009-cu il tarixində Nazirlik tərəfindən təsdiq edilmişdir.

İş saatı: 09:00 - 18:00