Hacı Baxış məscidi

Abidənin adı: |
"Hacı Baxış məscidi" |
Abidənin ünvanı: |
AZ1097, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nəsrullah Əsgərov küçəsi |
Abidənin əhəmiyyət dərəcəsi: |
Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: |
134 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: |
X-koordinat: 40.559405 Y-koordinat: 50.007626
|
Abidənin tikinti tarixi: |
Əsr: XVII və XIX əsrlər Tikinti ili: 1663 və 1868-ci illər
|
Abidənin istifadəsi: |
Təyinatı üzrə istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Abşeronun qədim yaşayış məntəqələrindən olan Nardaran qəsəbəsi yarımadanın şimal-şərq hissəsində yerləşməklə Maştağa, Nardaran, Kürdəxanı, Pirşağı yaşayış məskənlərinin qruplaşma sisteminə daxildir. Dövrümüzə gəlib çatmış şəhərsalma quruluşu tarixi memarlıq irsinin timsalında üç mərhələdə formalaşıb. Haqqında bəhs edilən Hacı Baxşı məscidi ikinci mərhələyə aiddir.
Məscid Nardaran qəsəbəsinin qədim tarixi mərkəzində yerləşib və ətrafından keçən magistral yollara yaxın ərazidədir. Məscid II Şah Abbasın hakimiyyəti dövründə Baxşəli bin şeyx Müzəffərin göstərişi ilə memar və yüksək dərəcəli ustad adını almış Murad Əli tərəfindən XVII əsrdə tikilib.
Hacı Baxşəli məscidində kvadrat formalı ibadət zalının davamı olaraq üstü açıq, damı örtüksüz bir məscid də inşa olunub. "İstisqa” namazı (yağış və bayram namazları) qılınan bu məscidin nəinki Abşeronda, hətta Azərbaycanda da analoquna rast gəlinmir. Bu tip məscidlərə yalnız ərəb ölkələrində rast gəlmək mümkündür. Məscidin giriş qapısının üstündə iki daş kitabə həkk edilib. Nəstəliq xətti ilə yazılmış birinci kitabədə deyilir: "Allahın izni ilə bu məscidi tikdi Kərbəlayı Murad rəhmətlik. Məşədi Qulam Əli Anardarani oğlu. Hamı üçün qanuni vəqf kimi və bu düzgün qərar idi. 1285 Ramazanın əvvəli (1285=16 XII.1868)”.
Kitabədəki qeydlərə əsasən, məscid sağ tərəfə genişləndirilib. İkinci kitabədə isə yazılıb: "Ya Əli 1285. Tikdi usta Səfər. Kərbəlayı Məhəmməd Qulu onu yazdı (yəni üzərindəki yazını). Kərim (1285 h.q 1868-69 Miladi)”.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda abidənin aid olduğu dövr 1663-cü il qeyd olunsa da, mənbələr üzrə araşdırmalar abidənin XVII və XIX əsrlərdə (1663 və 1868-ci illər) tikildiyini göstərir.
Abidənin bərpa layihəsi işlənib və tikilidə bərpa-istehsalat işləri aparılıb. Hazırda məscid dini icmalar tərəfindən yenidən təmir olunub və öz təyinatı üzrə fəaliyyət göstərir.
Xəbər lenti
-
18:15UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısında olan abidələrimiz
-
14:03Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
-
23:43Tarix və mədəniyyət abidələri xalqımızın pozulmaz yaddaşıdır
-
23:34AZƏRBAYCANIN MÜASİR MEMARLIQ ABİDƏLƏRİ
-
23:31Yuxarı məscid mədrəsəsi
-
23:30İşğaldan azad olunmuş rayonlarda Azərbaycanın mədəni irsi bərpa olunur
-
21:31Ordubad Came məscidi
-
21:31Möminə Xatun türbəsi
-
21:30Xanəgah türbəsi
-
21:29Gülüstan türbəsi
-
21:29Gəmiqaya
-
21:28Əshabi-Kəhf
-
21:27Əlincəçay xanəgahı
-
21:27Darkənd gümbəzi
-
21:26Culfa (Gülüstan) karvansarası
-
21:26Came məscidi
-
21:25Ağoğlan türbəsi
-
21:25Aza körpüsü
-
21:22Bülbülün evi
-
21:21Xan qızı Natəvanın evi
-
21:19Pənah xanın sarayı
-
21:17Şuşa qalası
-
17:29Abidələrimiz milli-mənəvi yaddaşımızdır
-
17:28QIZ QALASI
-
17:27ŞİRVАNŞАHLАR SАRАYI KОMPLЕKSİ
-
17:26BAKI ŞƏHƏRİNİN TARİXİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ BARƏDƏ MƏLUMAT
-
17:25Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir
-
16:31Opera Balet teatrı
-
16:30Hökumət evi
-
16:29Respublika sarayı
-
16:28Hacı Baxış məscidi
-
16:26Lüteran kilsəsi
-
16:26Körpü
-
16:23Qədim Şamaxı şəhəri
-
16:22Çıraqqala
-
16:21Sınıq körpü
-
16:21Məbəd Ləkit
-
16:19Allah Allah türbəsi
-
16:18Böyük Mərdəkan
-
16:13Zaqatala Tarix-Mədəniyyət Qoruğu