“İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğu

“İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğu

Qoruğun adı: "İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğu

Qoruğun ünvanı: AZ3417, Qax rayonu, İlisu kəndi

Qoruğun yaradılma tarixi2002 -ci il 26 mart tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 100 nömrəli əmri

Qoruğun ümumi sahəsi: 195 kv.km

Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

Qoruğun iş saatları: Qeyri mövsümdə: 9.00-18.00, Mövsümdə: 9.00-20.00

Facebook.com səhifəsi: https://www.facebook.com/ilisu...

Qoruğa dair tarixi məlumatlar: İlisu Sultanlığı XIX əsrin əvvəllərindən çar Rusiyasının Qafqaz siyasətinə qarşı çox gərgin mübarizə aparıb. 1844-cü ildən isə Şeyx Şamilin milli azadlıq hərəkatına qoşulub, üç əsrə yaxın bir dövrü əhatə edən, özünəməxsus bir dövlətçilik qurumuna malik olub.

İlisu Sultanlığı mövcud olduğu üç əsrə yaxın müddətdə bəzən İran dövlətinin, bəzən də Osmanlı imperiyasının vassallığını qəbul etsə də, müstəqil idarəçilik üsulunu, demək olar ki, həmişə saxlayıb.

1803-cü ildə İlisu Sultanlığı Rusiyanın tərkibinə daxil edildi. Lakin, bununla belə, öz müstəqil idarə üsulunu saxlaya bildi. 1830-cu ildə İlisu hakimi təyin edilən Danyal Sultan 1844-cu ildə rus hakim dairələri ilə narazılıqdan sonra üsyan edərək sultanlığın əhalisini ruslara qarşı qaldırdı. İlisu kəndi yaxınlığında məğlub olduqdan sonra dağlıların milli-azadlıq hərəkatının rəhbəri Şeyx Şamilin tərəfinə keçdi.

İlisu kəndi özünün tarixi-memarlıq abidələri ilә zәngindir. Tarixin ayrı-ayrı dövrlərinin memarlıq xüsusiyyətlərini әks etdirәn abidәlәrin bir qismi müasir dövrümüzә qәdәr qorunub saxlansa da, onların böyük bir hissәsi isә müharibәlәr vә tәbii aşınmalar nәticәsindә dağılıb.

Hazırda "İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan, bu günümüzə qədər gəlib çıxmış Sumuq qala, Ulu körpü, Ulu məscid, Qalaça, Qala kompleksi, Cinli qala vә epiqrafik abidələr İlisunun qəhrəmanlıq tarixinin şanlı sәhifәlәridir. Bu abidələr kəndin ümumi monumentallığı vә bәdii-memarlıq dəyəri ilә seçilir. Onlar sıravi tikililәrlә, təbii landşaftla, kəndin ümumi quruluşu ilә kompozisiya baxımından sıx bağlıdır, buna görә dә onlar birlikdə bədii vəhdət yaradır.

Hazırda Qoruğun ərazisində 13 tarixi abidə qeydiyyata alınıb ki, bunlardan 2-si ölkə, 11-i isə yerli əhəmiyyətlidir.11 abidə tarixi-memarıq abidəsi, 2-si arxeoloji abidədir. Qoruqda əlavə olaraq yeni aşkar olunaraq elmi invertarizasiyadan keçmək üçün təqdim olunmuş 37 abidə də mühafizə olunur.

Ulu məscid (XVII əsr) və Sumuq qala (XVII-XVIII əsrlər) elmi inventarizasiyadan keçmiş ölkə əhəmiyyətli tarixi-memarlıq abidələridir. Yerli əhəmiyyətli tarixi-memarlıq abidələri isə bunlardır: Ulu körpü (XVII-XVIII əsrlər), Bürc qala (XVIII-XIX əsrlər), Qalaça (XVIII-XIX əsrlər), Həsənxan qalası (XVIII-XIX əsrlər), Qala (XVIII-XIX əsrlər), Cinli qala (VII-IX əsrlər), Beşbulaq (1863), Sarıbaş məscidi (XVI-XVII əsrlər), Oğlanqala, Qızqala (XVI-XVII əsrlər).

Yerli əhəmiyyətli arxeoloji abidələr isə Səngər yeri (Orta əsrlər) və XIV-XVII əsrlərə aid kilsə qalıqlarıdır.

İş saatı: Qeyri mövsümdə: 9.00-18.00, Mövsümdə: 9.00-20.00