“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu

Qoruğun adı: "Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu.
Qoruğun ünvanı: AZ0515, Ağstafa rayonu, Ceyrançöl ərazisi, Gürcüstan Respublikası ilə sərhəd zolağında, (rayon mərkəzindən 75 km aralı məsafədə)
Qoruğun yaradılma tarixi: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 19 dekabr tarixli 2563 nömrəli Sərəncamı.
Qoruğun ümumi sahəsi: 1050 hektar
Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Qoruğun iş saatları: 09:00-18:00
Qoruğa giriş: Qoruğa giriş Dövlət Sərhəd Xidmətinin xüsusi icazəsi ilə verilir.
Qoruğun veb səhifəsi: www.keshikchidagh-heritage.az
Facebook səhifəsi: https://www.facebook.com/keshi...
Instagram səhifəsi: https://www.instagram.com/kesh...
Qoruğa dair tarixi məlumatlar:. Keşikçidağ mağaralar kompleksi əsrlər boyu gürcü tarixi və dini ədəbiyyatında, Rusiya imperiyası arxiv materiallarında David Qaredji kimi tanınan orta əsrlər dövrünə aid ümumxristian abidəsidir. Keşikçidağ mağaralar kompleksi müasir Azərbaycan və Gürcüstan Respublikaları sərhədində yerləşir. Tarixin müxtəlif dövrlərində kompleksə Qabırrı və Kür çaylarının hövzələrini ayıran dağların qayalarında qazılmış 17 monastır və 25 km-lik ərazidə yerləşən dini etiqad obyektləri daxildir. Qoruq erkən orta əsrlər dövründə qazılmış süni və təbii mağaralardan, qala və monastır kompleksindən ibarətdir. Gürcüstan və Azərbaycanı ayıran dağın şimal yamacında yerləşən David Qaredji lavrası əsas monastır hesab olunur. Adı çəkilən bu monastırın bir hissəsi Azərbaycan ərazisində – dağın cənub yamacında yerləşir. Əsrlər ərzində ondan bütün istiqamətlərdə monastırlar ayrılmışdır. İslam dininin yayılması ilə Alban kilsəsinin dağılması və XII əsrin sonu – XIII əsrin əvvəllərində qonşu Abxaz-Gürcü çarlığının və Gürcü kilsəsi təsirinin güclənməsi ilə burada, hal hazırda bütünlüklə Azərbaycan ərazisində yerləşən "Bertubani” adlandırılan "Rahiblər yurdu” (əsası 1208-1209-cu illərdə qoyulub) yaranmışdır. Ötən əsrin 90-cı illərində Gürcüstandan Azərbaycanın sərhədyanı ərazisinə müxtəlif cür "tarix həvəskarları və peşəkarların” nəzarətsiz keçməsi nəticəsində, "Bertubanidən” bəzi freskalar çıxarılıb Gürcüstana aparılmışdır (deyilənlərə görə onlar Gürcüstan İncəsənət Tarixi Muzeyində yerləşdirilmişdir). Hal–hazırda qoruğun Azərbaycana aid olan hissəsində 75 mağara (19 təbii, 56 süni), 2 məbəd, 1 qala, 1inanc yeri, 1 monumental abidə, 87 kurqan tipli qəbir, 23 su quyusu, 12 ərzaq anbarı, 29 sığınacaq olduğu müəyyənləşdirilmişdir. Mağaralar kompleksinin ətrafında ilk insanların yaşayışı daş dövrünə aid edilir. Buradakı təbii mağaraların 2 min il yaşı var, süni mağaralar isə VIII-XV əsrlərə təsadüf edirlər.
Arxeoloji kəşfiyyat işlərinin nəticəsi göstərmişdir ki, Keşikçidağın yüksəklikləri hələ e.ə. II minilliyin sonu-I minilliyin əvvəlindən hasarlı yaşayış məskəni kimi istifadə olunmuşdur. Ceyrançöl kurqanlar vadisində yerləşən qəbirlərin də e.ə. son tunc-ilk dəmir dövrünə aid olan olması fikrimizi əsaslandırmağa imkan verir. Maddi-mədəniyyətdəki varislilik tarixin sonrakı inkişaf mərhələlərində ərazidə yaşayışın ardıcıl olaraq davam etdiyini göstərir. Tədqiqatlar göstərir ki, Keşikçidağ mağaraları hələ eramızın əvvəllərindən bütpərəstlərin - Aya, Günəşə, müxtəlif bitki və heyvanlara etiqad göstərən yerli alban əhalisinin - ibadət yeri olmuşdur. IV əsrin ortalarında Albaniyada xristianlığın dövlət dininə çevrilməsindən sonra Keşikçidağ silsiləsində VI-VII əsrlərdə qaya üzərində inşa edilmiş ümumxristian və alban abidələridir. Gürcü tədqiqatçısı Q.N. Çubinaşvilinin 1948-ci ildə Tiflisdə nəşr edilmiş əsərində məbədin həmin dövrə qədər olan görünüşünü əks etdirən və indikindən tamamilə fərqli şəkli də bunu təsdiq edir.
Albaniyanın 705-ci ildə ərəb xilafətinin dövlətinin tərkibinə qatılması və bununla bağlı xristian albanları üzərinə "cizyə” adlanan can vergisinin qoyulması ilə mağara-məbədlərin qurulması genişləndirilmişdir. VII-VIII əsrlərdə İslam dininin Azərbaycanda yayılması ilə əlaqədar bu mağara-məbədlər albanların özlərini və dinlərini məhv olmaqdan qorumaq üçün sığınacaq rolunu oynamışdır. Bu həm də Keşikçidağ abidələr kompleksinin yerləşdiyi ərazinin müdafiə üçün əlverişli təbii-coğrafi mövqeyi və dağ süxurlarının möhkəmliyi ilə əlaqəli idi.
Keşikçidağda yerləşən qala isə Şəddadilər dövlətinin X-XI əsrlərdə tikilmiş müdafiə və müşahidə qalalarından biridir. Arxeoloji tədqiqatların nəticələri də abidənin erkən orta əsrlərin son mərhələsinə aid olduğunu təsdiq edir. Ayrı-ayrı dövrlərdə bu mağara–məbədlərə çoxlu basqınlar olmuş, talan edilmişdir: XIII əsrdə monqolların hücumu mağara-məbədlərə böyük ziyan vurmuşdur, XIV-XV əsrlərdə isə Əmir Teymurun ordusu bu ərazilərdən keçmişdir, 1615-ci ildə öz ordusu ilə buradan keçən I Şah Abbas böyük dağıntılar törətmişdir. Ərəblərin Azərbaycana gəlişi və İslam dininin qəbulu ilə əlaqədar Albaniyanın şimal-qərb xristian abidələri müəyyən qədər diqqətdən kənarda qalmışdır. Albaniya dövlətinin varlığına 705-ci ildə son qoyulsa da alban kilsəsi XIX əsrin 30-cu illərinə qədər müstəqilliyini qoruyub saxlamışdı. 1836-cı ildə Peterburq Sinodunun qərarı ilə alban məbədlərinin fəaliyyətinin rəsmən dayandırılması ilə Qarabağın dağlıq hissəsində və indiki Ermənistan (Qərbi Azərbaycan) ərazisindəki alban abidələrində erməni, Qərb bölgəsindəki digər alban abidələrində isə gürcü elementlərinin daha da güclənməsi müşahidə olunur.
Arxeoloji tədqiqatların nəticələri və tarixi faktlar Keşikçidağ abidələr kompleksinin alban mədəniyyətinə aid olduğunu, maddi-mədəniyyətdəki ənənəvilik, varislik ilə bu mədəniyyətin əsrlər boyu davamlı olaraq inkişaf etdirildiyini söyləməyə əsas verir. Tolerant bir ölkə olaraq Azərbaycanda müxtəlif dövrlərdə yaradılmış, fərqli dini etiqadlara xidmət edən abidələrə münasibət həmişə müsbət olmuşdur. Həmin abidələrdən biri olan, "Keşikçidağ” qoruğundakı maddi-mədəniyyət abidələri, təbii fiziki təsirlərə məruz qalmasına baxmayaraq, öz tarixi simalarını indiyədək qoruyub saxlaya bilmişlər.
İş saatı: 09:00-18:00
Xəbər lenti
-
18:15UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısında olan abidələrimiz
-
14:03Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
-
23:43Tarix və mədəniyyət abidələri xalqımızın pozulmaz yaddaşıdır
-
23:34AZƏRBAYCANIN MÜASİR MEMARLIQ ABİDƏLƏRİ
-
23:31Yuxarı məscid mədrəsəsi
-
23:30İşğaldan azad olunmuş rayonlarda Azərbaycanın mədəni irsi bərpa olunur
-
21:31Ordubad Came məscidi
-
21:31Möminə Xatun türbəsi
-
21:30Xanəgah türbəsi
-
21:29Gülüstan türbəsi
-
21:29Gəmiqaya
-
21:28Əshabi-Kəhf
-
21:27Əlincəçay xanəgahı
-
21:27Darkənd gümbəzi
-
21:26Culfa (Gülüstan) karvansarası
-
21:26Came məscidi
-
21:25Ağoğlan türbəsi
-
21:25Aza körpüsü
-
21:22Bülbülün evi
-
21:21Xan qızı Natəvanın evi
-
21:19Pənah xanın sarayı
-
21:17Şuşa qalası
-
17:29Abidələrimiz milli-mənəvi yaddaşımızdır
-
17:28QIZ QALASI
-
17:27ŞİRVАNŞАHLАR SАRАYI KОMPLЕKSİ
-
17:26BAKI ŞƏHƏRİNİN TARİXİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ BARƏDƏ MƏLUMAT
-
17:25Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir
-
16:31Opera Balet teatrı
-
16:30Hökumət evi
-
16:29Respublika sarayı
-
16:28Hacı Baxış məscidi
-
16:26Lüteran kilsəsi
-
16:26Körpü
-
16:23Qədim Şamaxı şəhəri
-
16:22Çıraqqala
-
16:21Sınıq körpü
-
16:21Məbəd Ləkit
-
16:19Allah Allah türbəsi
-
16:18Böyük Mərdəkan
-
16:13Zaqatala Tarix-Mədəniyyət Qoruğu
Digər xəbərlər
-
Qoruqlar
Zaqatala Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Pir Hüseyn Xanəgahı” Tarix - Memarlıq Qoruğu
-
Qoruqlar
“Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Nardaran” Tarix Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Soyqırımı Memorial Kompleksi”
-
Qoruqlar
“Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu
-
Qoruqlar
Qobustan Milli Tarix-Bədii Qoruğu