Körpü

Abidənin adı: |
"Körpülər (1,2,3 nömrəli körpü)" |
Abidənin ünvanı: |
AZ3412, Gədəbəy rayonu, Səbətkeçməz və Düzyurd kəndləri |
Abidənin əhəmiyyət dərəcəsi: |
Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: |
4244, 4245, 4246 ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: |
X-koordinat: 40.529661 Y-koordinat: 45.728353
|
Abidənin tikinti tarixi: |
Əsr: XIX əsr Tikinti ili: 1879-cu il
|
Abidənin istifadəsi: |
Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Kiçik Qafqazın orta və yüksək dağlıq qurşağında yerləşən Gədəbəy rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən və əsrarəngiz təbiətə məxsus bölgələrindən biridir.
Ərazidəki qədim mədəniyyət abidələri Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olub. Rayonun zəngin təbii iqlim şəraiti, əhəmiyyətli faydalı qazıntı yataqları, o cümlədən qara və ağ mərmər, mis, qızıl, firuzə yataqları vardır.
Gədəbəydə XIX əsrin 60-cı illərindən XX əsrin 20-ci illərinədək milliyyətcə alman məşhur "Siemens qardaşları”na məxsus olan mədən-zavod kompleksi fəaliyyət göstərib. Həmin dövrdə Qafqazda ilk elektrik stansiyası, Azərbaycanda ilk elektroliz laboratoriyası, ilk sənaye tipli dəmir yolu, Dəllər-Gədəbəy neft kəməri, Gəncə-Gədəbəy teleqraf xətti, Gədəbəy-Şəmkir şose yolu və s. istifadədə olub.
Gədəbəy rayonunda XIX əsrin ikinci yarısında "Siemens qardaşları”nın orada fəaliyyət göstərdiyi dövrdə tikilmiş müxtəlif təyinatlı binalar özünəməxsus memarlıq üslubu ilə diqqəti cəlb edir. Məlum dövrün tikililərindən məktəb, mədəniyyət sarayı, misəritmə zavodunun inzibati binası, müxtəlif yaşayış binaları, daş döşəməli yollar Avropa memarlığının Azərbaycandakı təzahürü adlandırıla bilər. Həmin tikililərin bir qismi sovet hakimiyyətinin ilk dövrlərində dağıntılara məruz qalsa da, əksəriyyəti indiyədək həm inzibati, həm də yaşayış təyinatında istifadəyə yararlıdır. Gədəbəy rayonunda əksər dövlət idarələri XX əsrin 60-cı illərinədək məhz həmin binalarda yerləşib.
"Siemens qardaşları” 1864–1914-cü illərdə Gədəbəydə yaratdığı və idarə etdiyi mis mədən-zavod kompleksinin fəaliyyəti dövründə eyniadlı yerdə tikilən müxtəlif təyinatlı binalar, maraqlı memarlıq quruluşuna məxsus körpülər olub. Həmin illər Gədəbəy və Qalakənddə mis sənayesi fəaliyyət göstərib. Mis mədənindən zavoda qatarla gətirilən xammal burada əridilib. İstehsal zamanı yaranan tullantılar isə yenə qatarla kənar ərazilərə aparılıb. Həmin tullantı "şlak curuf” adlanırdı və ondan indiyədək hörgü işlərində istifadə olunmaqdadır.
Mədənlə zavod arasındakı məsafədə relyefin hamar olmamağı həmin yerlərdə dəmir yolu xətti üçün Gədəbəy mis mədənlərinə uzun illər sahiblik etmiş "Siemens qardaşları” tərəfindən 30-dək kiçik körpü inşa edilməsi zərurətini ortaya çıxarmışdı. Çünki relslərin çəkilməsi üçün lazımi yol şəraiti yalnız bu körpülər vasitəsilə mümkün idi. Körpülərdən indi də yaxşı vəziyyətdə qalanları var.
Gədəbəy mis mədənlərinə 50 ilədək sahiblik etmiş milliyətcə alman – Simens qardaşları və onların rəhbərlik etdiyi eyniadlı firma tərəfindən salınmış körpülər onlarladır.
Xəbər lenti
-
18:15UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısında olan abidələrimiz
-
14:03Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
-
23:43Tarix və mədəniyyət abidələri xalqımızın pozulmaz yaddaşıdır
-
23:34AZƏRBAYCANIN MÜASİR MEMARLIQ ABİDƏLƏRİ
-
23:31Yuxarı məscid mədrəsəsi
-
23:30İşğaldan azad olunmuş rayonlarda Azərbaycanın mədəni irsi bərpa olunur
-
21:31Ordubad Came məscidi
-
21:31Möminə Xatun türbəsi
-
21:30Xanəgah türbəsi
-
21:29Gülüstan türbəsi
-
21:29Gəmiqaya
-
21:28Əshabi-Kəhf
-
21:27Əlincəçay xanəgahı
-
21:27Darkənd gümbəzi
-
21:26Culfa (Gülüstan) karvansarası
-
21:26Came məscidi
-
21:25Ağoğlan türbəsi
-
21:25Aza körpüsü
-
21:22Bülbülün evi
-
21:21Xan qızı Natəvanın evi
-
21:19Pənah xanın sarayı
-
21:17Şuşa qalası
-
17:29Abidələrimiz milli-mənəvi yaddaşımızdır
-
17:28QIZ QALASI
-
17:27ŞİRVАNŞАHLАR SАRАYI KОMPLЕKSİ
-
17:26BAKI ŞƏHƏRİNİN TARİXİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ BARƏDƏ MƏLUMAT
-
17:25Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir
-
16:31Opera Balet teatrı
-
16:30Hökumət evi
-
16:29Respublika sarayı
-
16:28Hacı Baxış məscidi
-
16:26Lüteran kilsəsi
-
16:26Körpü
-
16:23Qədim Şamaxı şəhəri
-
16:22Çıraqqala
-
16:21Sınıq körpü
-
16:21Məbəd Ləkit
-
16:19Allah Allah türbəsi
-
16:18Böyük Mərdəkan
-
16:13Zaqatala Tarix-Mədəniyyət Qoruğu