Opera Balet teatrı

Abidənin adı: |
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası |
Abidənin ünvanı: |
AZ1001, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 9 |
Abidənin əhəmiyyət dərəcəsi: |
Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: |
111 ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: |
X-koordinat: 40.374771 Y-koordinat: 49.845358
|
Abidənin tikinti tarixi: |
Əsr: XX əsr Tikinti ili: 1910-1911-ci illər
|
Abidənin istifadəsi: |
Mədəni maarif müəssisəsi kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Bakının memarlıq ansamblında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası özünəməxsus yer tutur. Bu möhtəşəm binanın maraqlı tikilmə tarixçəsi var.
1910-cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Onun üçün verilən ziyafətdə müğənni şəhərdə opera binasının olmamağından gileylənir: "Sizin bu gözəl, zəngin Bakıda, səxavətli cəngavərlər yaşayan dövlətli şəhərdə münasib bir opera binası yoxdur ki, müğənni istedadını, məharətini nümayiş etdirə bilsin”. Bu sözlər bakılı milyonçu Danil Mayılova bərk təsir edir və elə oradaca musiqiçi qonağa söz verir ki, bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək.
Bu cür təşəbbüsləri həmişə alqışlayan, dəstəkləyən milli mesenat, milyonçu Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri-mümkündür. Əgər bina deyilən vaxta başa gəlsə, bütün tikinti xərclərini ödəyəcək. Məşhur inşaatçı-mühəndis N.Q.Bayevin layihələndirdiyi indiki Nizami küçəsində yerləşən qotik üslubda bina vaxtından öncə – 1911-ci il fevralın 28-də təhvil verilir. H.Z. Tağıyev sözünün üstündə durur və binanın bütün xərcini özü ödəyir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Birləşmiş Dövlət Teatrı kimi 1920-ci ildə yaradılıb. 1924-cü ildən opera truppası bu teatrdan ayrılaraq müstəqil Opera və Balet Teatrı (Azərbaycan və rus bölmələri ilə) fəaliyyət göstərib. 1928-ci ildə M.F.Axundzadənin adı verilən sənət məbədi 1959-cu ildən Akademik Opera və Balet Teatrı adlanır.
Müxtəlif dövrlərdə Opera və Balet Teatrının səhnəsində bir çox dünya şöhrətli sənətkarlar – Fyodr Şalyapin, Leonid Sobinov, Valeri Barsov, İrina Arxipova, Yelena Obraztsova, Mariya Bieşu, Maya Plisetskaya, Vyaçeslav Qordeyev, Zurab Sotkilava, Vladislav Pyavko, Monserrat Kabalye, Anastasiya Voloçkova, Svetlana Zaxarova və başqaları çıxış etmişlər. Bu gün də görkəmli səhnə ulduzlarının iştirakı ilə dünya baletinin məşhur nümunələri teatrda nümayiş etdirilir.
Hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı paytaxtımızın aparıcı sənət ocaqlarındandır. Repertuarında milli, klassik opera və balet sənətinin dəyərli nümunələri yer alır. Teatrda opera truppası, simfonik orkestr, balet truppası və xor kollektivi fəaliyyət göstərir.
Teatrın binasında dəfələrlə bərpa işləri aparılıb. Sonuncu əsaslı bərpa işləri 1985-ci ildə yanğından sonra həyata keçirilib. Sonrakı illərdə də binada cari təmir işləri gerçəkləşdirilib.
Xəbər lenti
-
18:15UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısında olan abidələrimiz
-
14:03Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
-
23:43Tarix və mədəniyyət abidələri xalqımızın pozulmaz yaddaşıdır
-
23:34AZƏRBAYCANIN MÜASİR MEMARLIQ ABİDƏLƏRİ
-
23:31Yuxarı məscid mədrəsəsi
-
23:30İşğaldan azad olunmuş rayonlarda Azərbaycanın mədəni irsi bərpa olunur
-
21:31Ordubad Came məscidi
-
21:31Möminə Xatun türbəsi
-
21:30Xanəgah türbəsi
-
21:29Gülüstan türbəsi
-
21:29Gəmiqaya
-
21:28Əshabi-Kəhf
-
21:27Əlincəçay xanəgahı
-
21:27Darkənd gümbəzi
-
21:26Culfa (Gülüstan) karvansarası
-
21:26Came məscidi
-
21:25Ağoğlan türbəsi
-
21:25Aza körpüsü
-
21:22Bülbülün evi
-
21:21Xan qızı Natəvanın evi
-
21:19Pənah xanın sarayı
-
21:17Şuşa qalası
-
17:29Abidələrimiz milli-mənəvi yaddaşımızdır
-
17:28QIZ QALASI
-
17:27ŞİRVАNŞАHLАR SАRАYI KОMPLЕKSİ
-
17:26BAKI ŞƏHƏRİNİN TARİXİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ BARƏDƏ MƏLUMAT
-
17:25Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir
-
16:31Opera Balet teatrı
-
16:30Hökumət evi
-
16:29Respublika sarayı
-
16:28Hacı Baxış məscidi
-
16:26Lüteran kilsəsi
-
16:26Körpü
-
16:23Qədim Şamaxı şəhəri
-
16:22Çıraqqala
-
16:21Sınıq körpü
-
16:21Məbəd Ləkit
-
16:19Allah Allah türbəsi
-
16:18Böyük Mərdəkan
-
16:13Zaqatala Tarix-Mədəniyyət Qoruğu