“Pir Hüseyn Xanəgahı” Tarix - Memarlıq Qoruğu

Qoruğun adı: "Pir Hüseyn Xanəgahı” Tarix - Memarlıq Qoruğu
Qoruğun ünvanı: AZ2420, Hacıqabul rayonu, Qubalı-Baloğlan kəndi
Qoruğun yaradılma tarixi: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 22 yanvar 2004-cü il 19 nömrəli əmri ilə tarix-memarlıq qoruğu yaradılmışdır
Qoruğun ümumi sahəsi: 67 hektar
Kartoqrafik təqdimat:
X- Koordiant: 40.09127
Y- Koordiant: 49.00285
Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur.
Qoruğa iş saatları: Həftənin bütün günləri 09:00-dan 18:00-dək
Web səhifəsi: pir-huseyn.az
Facebook səhifəsi: https://www.facebook.com/profi...
Instagram səhifəsi: https://www.instagram.com/pirh...
Qoruğa dair tarixi məlumatlar: Hacıqabul rayonunun Qubalı Baloğlan kəndi ərazisində yerləşən XI-XII əsrlərə aid Pir Hüseyn xanəgahı ölkə əhəmiyyətli tarix-memarlıq abidəsidir.
Bu abidə kompleksi "Pirsaat xanəgahı”, "Pirsaatçay xanəgahı” da adlandırılır. Xanəgahın içərisində Azərbaycanda islami-fəlsəfi dünyagörüşün formalaşmasında mühüm rol oynamış Pir Hüseyn Rəvan – Şirvaninin (954-1072i) məzarı vardır.
Rus şərqşünası, professor V.A. Kraçkovskaya xanəgahın öyrənilməsini üç dövrə bölür: 1858-1861, 1907 və 1935-1936-cı illər. 1858-ci ildə rus şərqşünası İ.X. Bartolomey xanəgahda olub, abidədəki kitabələr, türbənin və məscidin al-əlvan kaşı bəzəkləri onu heyrətə gətirib.
1956-1965-ci illərdə kompleksdə bir sıra bərpa işləri aparılıb. 2007-ci ildə isə xanəgahda əsaslı təmir işləri həyata keçirilib və abidəyə muzey statusu verilib.
Pirsaatçay üzərindəki xanəgah zəngin memarlıq texnikasına malik qiymətli tarixi memarlıq abidəsidir. Hazırda abidə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında yer alır. "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın tədbirlər planına uyğun olaraq Pir Hüseyn xanəgahında da elmi tədqiqat işləri aparılıb.
Ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün bina və yardımçı tikililər həmçinin abidəni əhatə edən qala divarları, karvansara, Orta əsrlərə aid hücrələr və qədim qəbiristanlıq daxildir. Xanəgahın günümüzə nisbətən salamat gəlib çatan hissələri Pir Hüseyn məqbərəsi və minarədir.
Üzərində zərlə yazılmış kitabələr olan kərpiclər çıxarılıb bir qismi Sankt-Peterburqa – Ermitaj Muzeyinə, bir neçəsi Gürcüstan Dövlət Muzeyinə, bir hissəsi də Moskvadakı Şərq Mədəniyyəti Muzeyinə, hətta Luvr (Paris) və Britaniya muzeylərinə aparılıb. Məscidin mehrab hissəsi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində nümayiş etdirilir.
Abidənin bütün tikililəri əhəngdaşıdan inşa edilib. Xanəgahın dörd sətirdən ibarət ərəb dilində yazılmış kitabəsində deyilir ki, bina Əbdül Müzəffəra Fəhriburz bin Kərşasi bin Fərruxzad Maniçöhrün dövründə tikilib və abidənin memarı Şeyx Hacı Məhəmmədin oğlu Şeyxzadə Həbibullahdır. Kitabədə Şirvanşah III Fəhriburzun da adı çəkilir. Minarənin üzərindəki yazıda monqol hökmdarı Munke Buğa xan, eləcə də minarənin 1294-cü ildə Şirvanşah Axsitanın oğlu II Gərşəsbinin göstərişi ilə bərpa edildiyi haqqında məlumat verilir.
Yerli memarlıq ənənələrinə əsasən, başdan-başa daşdan böyük ustalıqla tikilmiş abidənin interyerində bu bölgə üçün səciyyəvi olmayan gəc və çoxrəngli kaşı bəzəyinin nadir örnəklərinin olması ölkənin şimal və cənubu arasında münasibətlərin Elxanilər çağında güclənməsinin nəticəsi kimi xarakterizə olunur.
Məscid və onun yanındakı tikililər dördkünc qala divarının içində yerləşir. Məscidin yolu qalanın şərq divarına bitişik tikilmiş otaqdandır. Məscidin daxili cənub divarı müxtəlif naxışlarla bəzədilib. Mərkəzi hissədə mehrab, onun hər iki tərəfində isə pannolar var. Mehrabın yalnız orta hissəsindəki yazıda mina fraqmentləri qalıb.
İş saatı: Həftənin bütün günləri 09:00-dan 18:00-dək
Xəbər lenti
-
18:15UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısında olan abidələrimiz
-
14:03Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
-
23:43Tarix və mədəniyyət abidələri xalqımızın pozulmaz yaddaşıdır
-
23:34AZƏRBAYCANIN MÜASİR MEMARLIQ ABİDƏLƏRİ
-
23:31Yuxarı məscid mədrəsəsi
-
23:30İşğaldan azad olunmuş rayonlarda Azərbaycanın mədəni irsi bərpa olunur
-
21:31Ordubad Came məscidi
-
21:31Möminə Xatun türbəsi
-
21:30Xanəgah türbəsi
-
21:29Gülüstan türbəsi
-
21:29Gəmiqaya
-
21:28Əshabi-Kəhf
-
21:27Əlincəçay xanəgahı
-
21:27Darkənd gümbəzi
-
21:26Culfa (Gülüstan) karvansarası
-
21:26Came məscidi
-
21:25Ağoğlan türbəsi
-
21:25Aza körpüsü
-
21:22Bülbülün evi
-
21:21Xan qızı Natəvanın evi
-
21:19Pənah xanın sarayı
-
21:17Şuşa qalası
-
17:29Abidələrimiz milli-mənəvi yaddaşımızdır
-
17:28QIZ QALASI
-
17:27ŞİRVАNŞАHLАR SАRАYI KОMPLЕKSİ
-
17:26BAKI ŞƏHƏRİNİN TARİXİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ BARƏDƏ MƏLUMAT
-
17:25Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir
-
16:31Opera Balet teatrı
-
16:30Hökumət evi
-
16:29Respublika sarayı
-
16:28Hacı Baxış məscidi
-
16:26Lüteran kilsəsi
-
16:26Körpü
-
16:23Qədim Şamaxı şəhəri
-
16:22Çıraqqala
-
16:21Sınıq körpü
-
16:21Məbəd Ləkit
-
16:19Allah Allah türbəsi
-
16:18Böyük Mərdəkan
-
16:13Zaqatala Tarix-Mədəniyyət Qoruğu
Digər xəbərlər
-
Qoruqlar
Zaqatala Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Pir Hüseyn Xanəgahı” Tarix - Memarlıq Qoruğu
-
Qoruqlar
“Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Nardaran” Tarix Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Soyqırımı Memorial Kompleksi”
-
Qoruqlar
“Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu
-
Qoruqlar
Qobustan Milli Tarix-Bədii Qoruğu