“Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu

Qoruğun adı: "Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu
Qoruğun ünvanı: AZ5700, Şəmkir rayonu, Qədimqala kəndinin şimalında
Qoruğun yaranma tarixi: Azərbaycan Respublikası Prezidentinin 22.10.19 tarixli, 1498 nömrəli Sərəncamı
Qoruğun ümumi sahəsi: 65,4 ha
Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Qoruğa iş saatları: : Həftənin bütün günləri 9:00-dan 18:00-dək
Abidəyə dair tarixi məlumatlar: Qədim Şəmkir şəhər yeri Şəmkir rayonunun Qədimqala kəndinin şimalında, Şəmkirçayın sahilində yerləşir. Abidə V-VI əsrlərdən XIII əsrin 30-cu illərinədək Şəmkir şəhərinin mövcudluğunu sübut edir.
Yazılı mənbələrdən bəlli olur ki, hələ ərəb işğalları dövründə Şəmkir şəhəri mövcud idi. Böyük İpək Yolu üzərində yerləşən bu şəhər IX əsrin ikinci yarısı - X əsrdə inkişaf edərək məşhur sənətkarlıq və ticarət mərkəzinə çevrilib. XI-XII əsrlərdə isə Şəddadilər, daha sonra Azərbaycan Atabəyləri dövlətlərinin hərbi-siyasi, iqtisadi və mədəni həyatında layiqli mövqeyə malik olub. Şəhərin ardıcıl, yüksələn inkişafı monqol işğalı ilə dayandırılıb.
Şəhərin xarabalıqları planda dördbucağa yaxın formadadır. Abidə üç topoqrafik hissədən – narınqala (içqala), şəhristan (içərişəhər) və rabaddan (bayırşəhərdən) ibarətdir. Qala divarları ilə müdafiə olunan şəhristanın sahəsi 20 hektardan artıqdır. Şəhər sakinlərinin həyat fəaliyyətini əks etdirən mədəni təbəqənin qalınlığı içərişəhərdə 3 m, içqalada isə 5 metrdən çoxdur. Möhtəşəm qala divarları ilə qorunan narınqala şəhristanın şərqində, Şəmkirçayın sol sahilində yerləşir və 1 hektara yaxın sahəyə malikdir. Narınqala ərazisinin çox hissəsi arxeoloji qazıntılar nəticəsində açılaraq küçə şəbəkəsi, istehkam tikililəri, dövlət və ictimai binaları, məişət və təsərrüfat tikililəri, mühəndis qurğuları ilə birlikdə kompleks halda tədqiq olunub.
Vizual arxeoloji tədqiqatlar şəhər məhəllələrinin Şəmkirçayın sağ sahilini də əhatə etdiyini göstərir. Rabadın şəhristanın cənub divarından cənubdakı məhəllələrinin qalıqları üzərində müasir Qədimqala kəndi salınıb. İçərişəhərin qərb divarı istiqamətində arxeoloji tədqiqatlar nəticəsində Orta əsrlərə aid kəhriz xətti aşkarlanıb. Şimal istiqamətində, Şəmkirçayın yüksək sahilində yoxlama qazıntıları zamanı bu ərazidə XI-XII əsrlərə aid müsəlman qəbirləri aşkarlanıb.
Şəmkirçayın yatağında iki körpü qalıqları mövcuddur. Birinci körpü XI əsrə aiddir və böyük İpək Yolu ilə bağlıdır. Aran memarlıq məktəbinə xas çaydaşı, bişmiş kərpic və yerli ağ daşdan kombinə hörgü ilə inşa olunmuş həmin körpünün vaxtilə eni 4,5-6 m, hündürlüyü 10-12 m, uzunluğu isə 300 metrə yaxın olub. İkinci körpünün qalıqlarından görünür ki, o da daşdan inşa olunub və Son Orta əsrlərə aiddir.
Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Şəmkir rayonunun tarixi ərazisini əhatə edən "Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.
İş saatı: Həftənin bütün günləri 9:00-dan 18:00-dək
Xəbər lenti
-
18:15UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısında olan abidələrimiz
-
14:03Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
-
23:43Tarix və mədəniyyət abidələri xalqımızın pozulmaz yaddaşıdır
-
23:34AZƏRBAYCANIN MÜASİR MEMARLIQ ABİDƏLƏRİ
-
23:31Yuxarı məscid mədrəsəsi
-
23:30İşğaldan azad olunmuş rayonlarda Azərbaycanın mədəni irsi bərpa olunur
-
21:31Ordubad Came məscidi
-
21:31Möminə Xatun türbəsi
-
21:30Xanəgah türbəsi
-
21:29Gülüstan türbəsi
-
21:29Gəmiqaya
-
21:28Əshabi-Kəhf
-
21:27Əlincəçay xanəgahı
-
21:27Darkənd gümbəzi
-
21:26Culfa (Gülüstan) karvansarası
-
21:26Came məscidi
-
21:25Ağoğlan türbəsi
-
21:25Aza körpüsü
-
21:22Bülbülün evi
-
21:21Xan qızı Natəvanın evi
-
21:19Pənah xanın sarayı
-
21:17Şuşa qalası
-
17:29Abidələrimiz milli-mənəvi yaddaşımızdır
-
17:28QIZ QALASI
-
17:27ŞİRVАNŞАHLАR SАRАYI KОMPLЕKSİ
-
17:26BAKI ŞƏHƏRİNİN TARİXİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ BARƏDƏ MƏLUMAT
-
17:25Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir
-
16:31Opera Balet teatrı
-
16:30Hökumət evi
-
16:29Respublika sarayı
-
16:28Hacı Baxış məscidi
-
16:26Lüteran kilsəsi
-
16:26Körpü
-
16:23Qədim Şamaxı şəhəri
-
16:22Çıraqqala
-
16:21Sınıq körpü
-
16:21Məbəd Ləkit
-
16:19Allah Allah türbəsi
-
16:18Böyük Mərdəkan
-
16:13Zaqatala Tarix-Mədəniyyət Qoruğu
Digər xəbərlər
-
Qoruqlar
Zaqatala Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Pir Hüseyn Xanəgahı” Tarix - Memarlıq Qoruğu
-
Qoruqlar
“Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Nardaran” Tarix Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Soyqırımı Memorial Kompleksi”
-
Qoruqlar
“Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu
-
Qoruqlar
Qobustan Milli Tarix-Bədii Qoruğu