Qobustan Milli Tarix-Bədii Qoruğu

Qoruğun adı: Qobustan Milli Tarix-Bədii Qoruğu
Qoruğun ünvanı: AZ1084, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi
Qoruğun yaradılma tarixi: 1966-cı il 9 sentyabr tarixində Azərbaycan Nazirlər Sovetinin Qərarı
Qoruğun ümumi sahəsi: 4535 hektar
Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Qoruğun iş saatları: Ziyarətçilər üçün həftənin bütün günləri 10:00-17:00
Qoruğun Veb səhifəsi: www.gobustanrockart.az
Facebook səhifəsi: https://www.facebook.com/gobus...
Instagram səhifəsi: https://www.instagram.com/gobu...
Qoruğa dair tarixi məlumatlar: Qobustan Mezolit dövrü (e.ə. XII-VIII minillik) əhalisinin yaşayış məskəni hesab olunur. Qobustan Böyük Qafqaz dağlarının qurtaracağında, Bakının 65 kilometrliyində, Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən dağlıq sahədir.
Ərazidəki qayaüstü rəsmlər bəşər mədəniyyətinin nadir tarix yadigarlarındandır. Qobustan qaya təsvirləri 1947-ci ildən öyrənilir. Qaya üzərində insan, heyvan təsviri, müxtəlif işarə, damğa, yağış suyu və qurban kəsilən heyvanların qanını toplamaq üçün istifadə olunmuş yalaqlar (qablar) və s. aşkar edilib. Bu rəsmlər içərisində ən çox diqqəti cəlb edən qol-qola tutub rəqs edən adamların «Yallı» rəqs səhnəsidir. Bu rəqslər böyük və kiçikliyinə, çəkilmə tarixinə görə bizim eradan əvvəl VIII minilliklə IV minilliyi əhatə edir.
Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarına əsasən, 1966-cı ildə Qobustanın Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılıtəpə əraziləri qoruq elan edilib. Qoruq 4500 hektar ərazini əhatə edir. Burada 6 mindən artıq qayaüstü rəsm və müxtəlif fondlarda 100 mindən artıq arxeoloji material saxlanılır. Arxeoloqlar tərəfindən ərazidə 20 sığınacaq aşkar edilib, 40-a yaxın kurqan qeydə alınıb.
Qoruğun Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şonqar və Şıxqaya dağları ərazilərində 1000-dən çox qaya üzərində çəkilmiş 7000-dən artıq təsvir dünya əhəmiyyətli abidə kimi dövlət qeydiyyatındadır. Qayalardakı insan, heyvan, qayıq təsvirləri və abstrakt işarələr Üst Paleolit dövrünün sonundan başlayaraq Son Orta əsrlərədək davam edən 20 min il ərzində yaradılıb. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlər müxtəlif tarixi dövrlərdə bu ərazilərdə yaşamış insanların məişəti və dünyagörüşü haqqında təsəvvür yaradır. Qədim musiqi aləti hesab olunan qavaldaş, qayalarda təsvir olunan "Yallı” rəqsini xatırladan səhnələr min illər əvvəl qədim icmaların mənəvi aləmi və incəsənət vərdişlərindən xəbər verir.
Böyükdaş dağı ərazisində qeydə alınmış, eramızın 81-96-cı illərinə aid latın kitabəsində Roma imperatoru Domitsianın dövründə XII "Fulminati” legionuna aid mətn qeydə alınıb. Görkəmli Norveç səyyahı Tur Heyerdal Qobustanda olarkən qayaüstü rəsmləri yüksək qiymətləndirib.
Arxeoloji abidə olmaqla yanaşı Qobustan həm də, minillər ərzində yerli əhali tərəfindən müqəddəs ərazi kimi sitayiş məkanı hesab edilib. Qoruq ərazisindəki "Qaraatlı”, "Sofi Həmid”, "Huri qızlar” və s. pirlər bu gün də yerli əhali tərəfindən ziyarət olunur. Bu abidələrlə bağlı adət-ənənələr, həmçinin ətraf ərazilərdə qorunub saxlanılmış ənənəvi yaylaq-qışlaq maldarlığı təsərrüfat tərzi Azərbaycan xalqının etnoqrafik yaddaşının bir hissəsidir.
"Qobustan” Dövlət Tarix-Bədii Qoruğu ("Qobustan Qaya Sənəti Mədəni Landşaftı”) 2006-cı ildə "milli” status alıb. 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
İş saatı: Ziyarətçilər üçün həftənin bütün günləri 10:00-17:00
Xəbər lenti
-
18:15UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısında olan abidələrimiz
-
14:03Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
-
23:43Tarix və mədəniyyət abidələri xalqımızın pozulmaz yaddaşıdır
-
23:34AZƏRBAYCANIN MÜASİR MEMARLIQ ABİDƏLƏRİ
-
23:31Yuxarı məscid mədrəsəsi
-
23:30İşğaldan azad olunmuş rayonlarda Azərbaycanın mədəni irsi bərpa olunur
-
21:31Ordubad Came məscidi
-
21:31Möminə Xatun türbəsi
-
21:30Xanəgah türbəsi
-
21:29Gülüstan türbəsi
-
21:29Gəmiqaya
-
21:28Əshabi-Kəhf
-
21:27Əlincəçay xanəgahı
-
21:27Darkənd gümbəzi
-
21:26Culfa (Gülüstan) karvansarası
-
21:26Came məscidi
-
21:25Ağoğlan türbəsi
-
21:25Aza körpüsü
-
21:22Bülbülün evi
-
21:21Xan qızı Natəvanın evi
-
21:19Pənah xanın sarayı
-
21:17Şuşa qalası
-
17:29Abidələrimiz milli-mənəvi yaddaşımızdır
-
17:28QIZ QALASI
-
17:27ŞİRVАNŞАHLАR SАRАYI KОMPLЕKSİ
-
17:26BAKI ŞƏHƏRİNİN TARİXİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ BARƏDƏ MƏLUMAT
-
17:25Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir
-
16:31Opera Balet teatrı
-
16:30Hökumət evi
-
16:29Respublika sarayı
-
16:28Hacı Baxış məscidi
-
16:26Lüteran kilsəsi
-
16:26Körpü
-
16:23Qədim Şamaxı şəhəri
-
16:22Çıraqqala
-
16:21Sınıq körpü
-
16:21Məbəd Ləkit
-
16:19Allah Allah türbəsi
-
16:18Böyük Mərdəkan
-
16:13Zaqatala Tarix-Mədəniyyət Qoruğu
Digər xəbərlər
-
Qoruqlar
Zaqatala Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Pir Hüseyn Xanəgahı” Tarix - Memarlıq Qoruğu
-
Qoruqlar
“Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Nardaran” Tarix Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Soyqırımı Memorial Kompleksi”
-
Qoruqlar
“Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu
-
Qoruqlar
Qobustan Milli Tarix-Bədii Qoruğu