Sınıq körpü

Abidənin adı: |
"Sınıq körpü" |
Abidənin ünvanı: |
AZ3530, Qazax rayonu, II Şıxlı kəndi |
Abidənin əhəmiyyət dərəcəsi: |
Dünya əhəmiyyətli memarlıq abidəsi |
İnventar: |
7 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: |
X-koordinat: 41.328708 Y-koordinat: 45.073215 |
Abidənin tarixi: |
Əsr: XII əsr Tikinti ili: məlum deyi
|
Abidənin istifadəsi: |
Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: XII-XIII əsrlərdə Azərbaycanda bir sıra əzəmətli körpülər tikilib. Onlardan biri də Qazax rayonunda Xram çayı üzərində salınan "Qırmızı körpü"dür. Qədim karvan yolunun üstündə olan bu körpü el arasında "Sınıq körpü" də adlanır. Mənbələrdə körpünün bel hissəsinin sınıq olmasına görə belə adlandırıldığı bildirilir.
Körpünün dəqiq tikilmə tarixi bəlli deyil. Bəzi qaynaqlarda deyilir ki, guya "Sınıq körpü”nün divarında daş kitabələr olub və orada körpünün kim tərəfindən və nə vaxt tikildiyi göstərilibmiş. Lakin sonradan gürcülər abidənin tarixini mənimsəmək məqsədilə bu kitabələri məhv ediblər.
Bəzi tarixçilər körpünün daha qədim dövrlərdə tikildiyini irəli sürürlər. İndiki "Sınıq körpü”nün yaxınlığında başqa bir körpünün qalıqları da var. Onun da tarixi barədə dəqiq məlumat yoxdur. Bir sıra tarixçilər iddia edir ki, "Sınıq körpü"nün qonşuluğundakı qədim körpü üzərindən Makedoniyalı İsgəndərin kəşfiyyat dəstələri indiki Gürcüstan ərazilərinə keçiblər.
Tədqiqatçıların əksəriyyəti, o cümlədən ingilis tarixçisi Poup və sənətşünaslıq doktoru L.Bretanitski körpünün tarixini XI-XII əsrə aid edirlər.
"Sınıq körpü” üslub xüsusiyyətlərinə görə Xudafərin körpüləri ilə oxşardır. Buna görə də "Sınıq körpü”nü eyni məktəbə və təqribən eyni zamana (XII əsrə) aid edirlər. Mütəxəssislər körpünün memarlıq üslubu və tikinti texnikasının Azərbaycan memarlığına məxsus olduğunu qeyd edirlər.
Bəzi mənbələrdə isə tikilinin XVII əsrdə inşa edildiyi bildirilir. Bu fikir əsasən gürcü çarı Rostomun hakimiyyəti dövründə (1632-1658) "Sınıq körpü”nün təmir (1647) olunması ilə bağlıdır.
"Sınıq körpü”nün adı barədə də alimlər arasında yekdil fikir yoxdur. Fransız səyyah-tarixçi Dyübua de Monpere 1824-cü ildə çap edilmiş "Qafqaza səyahət” kitabında yazırdı ki, ruslar onu "Qırmızı körpü”, gürcülər "Qathihili khidi”, tatarlar "Sınıq körpü" adlandırır.
Rusiya Azərbaycanı işğal etdikdən sonra da Qazax camaatı arasında bu körpü öz adını qoruyub saxlayıb. 1801-ci ildə Qazax sultanlığı Rusiyaya birləşdirilib və həmin vaxtdan "Sınıq körpü"yə nəzarət rus qoşununun ixtiyarına verilib. Məhz bu tarixdən sonra Rusiya imperatorluğunun sənədlərində "Sınıq körpü” "Qırmızı körpü” kimi adlandırılmağa başlanıb.
1973-cü ildə körpünün dayaqlarında dəmir-beton konstruksiya ilə möhkəmləndirmə işləri aparılıb. Dünya əhəmiyyətli memarlıq abidəsi olan körpünün tam bərpa layihəsi hazırlanıb və 2018-2020-ci illərdə bərpa işləri həyata keçirilib.
Xəbər lenti
-
18:15UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısında olan abidələrimiz
-
14:03Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
-
23:43Tarix və mədəniyyət abidələri xalqımızın pozulmaz yaddaşıdır
-
23:34AZƏRBAYCANIN MÜASİR MEMARLIQ ABİDƏLƏRİ
-
23:31Yuxarı məscid mədrəsəsi
-
23:30İşğaldan azad olunmuş rayonlarda Azərbaycanın mədəni irsi bərpa olunur
-
21:31Ordubad Came məscidi
-
21:31Möminə Xatun türbəsi
-
21:30Xanəgah türbəsi
-
21:29Gülüstan türbəsi
-
21:29Gəmiqaya
-
21:28Əshabi-Kəhf
-
21:27Əlincəçay xanəgahı
-
21:27Darkənd gümbəzi
-
21:26Culfa (Gülüstan) karvansarası
-
21:26Came məscidi
-
21:25Ağoğlan türbəsi
-
21:25Aza körpüsü
-
21:22Bülbülün evi
-
21:21Xan qızı Natəvanın evi
-
21:19Pənah xanın sarayı
-
21:17Şuşa qalası
-
17:29Abidələrimiz milli-mənəvi yaddaşımızdır
-
17:28QIZ QALASI
-
17:27ŞİRVАNŞАHLАR SАRАYI KОMPLЕKSİ
-
17:26BAKI ŞƏHƏRİNİN TARİXİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ BARƏDƏ MƏLUMAT
-
17:25Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir
-
16:31Opera Balet teatrı
-
16:30Hökumət evi
-
16:29Respublika sarayı
-
16:28Hacı Baxış məscidi
-
16:26Lüteran kilsəsi
-
16:26Körpü
-
16:23Qədim Şamaxı şəhəri
-
16:22Çıraqqala
-
16:21Sınıq körpü
-
16:21Məbəd Ləkit
-
16:19Allah Allah türbəsi
-
16:18Böyük Mərdəkan
-
16:13Zaqatala Tarix-Mədəniyyət Qoruğu