“Soyqırımı Memorial Kompleksi”

Adı: "Soyqırımı Memorial Kompleksi”
Ünvanı: AZ4000, Quba rayonu, Nəriman Nərimanov küçəsi 1A
Kompleksin yaradılma tarixi: Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2009-cu il tarixli 673 nömrəli Sərəncamı
Kompleksin ümumi sahəsi: 3.5 ha
Kompleksin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Kompleksin iş günləri və saatları: Həftənin hər günü 09.00-17:00
Veb səhifəsi: www.soyqirim.az
Facebook səhifəsi: https://www.facebook.com/quba....
Instagram səhifəsi: https://www.instagram.com/geno...
Kompleksə dair tarixi məlumatlar: Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Həmin ilin iyul ayından etibarən ümumi sahəsi 514 m2 olan ərazidə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən tədqiqat işlərinə başlanılıb. Arxeoloji qazıntılar nəticəsində insan sümükləri ilə doldurulmuş 2 quyu və 2 arx (kanal) aşkar edilib. 2008-ci ilin sentyabrında tədqiqat işləri başa çatdırılıb və məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
30 dekabr 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzalanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Qudyalçayın sol sahilində memorial kompleks inşa edilib və 2013-cü il sentyabrın 18-də açılışı keçirilib.
Ümumi sahəsi 3,5 hektar olan kompleks 5 hissədən ibarətdir: xatirə abidə, simvolik məzarlıq, Soyqırımı muzeyi, Bayraq meydanı və İnformasiya mərkəzi.
Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar nümayiş olunur. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar yer alıb. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə respublikamızın müxtəlif bölgələrində xalqımıza qarşı həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, bu məqsədlə imzaladığı sərəncamların nümayiş olunduğu guşə də yaradılıb. Həmçinin Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə məlumatların və bu qəzalarda ermənilərin törətdiyi vəhşiliklər haqqında dolğun məlumatlar vardır. Bu guşələrdə həm də qəzaların əhalisi, müdafiəçiləri, müsəlman soyqırımları barədə Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının məlumatları və sənədləri yer alıb. Kompleksdə həmçinin Azərbaycan, İran, Böyük Britaniya və digər ölkələrin ictimai, siyasi, dövlət və hərbi xadimlərinin ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı barədə sənədlər nümayiş olunur.
Quba Soyqırımı Memorial Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin Paris Sülh Konfransında (1919) iştirakı ilə bağlı fotoşəkillər və sənədlər də saxlanılır. Bundan əlavə, ölkəmizin, xüsusilə Bakının daşnak-bolşevik silahlı quldur dəstələrindən təmizlənməsi üçün Osmanlı dövlətindən köməyə gəlmiş Qafqaz İslam Ordusunun və Azərbaycan hərbçilərinin fotoları da kompleksin maraqlı eksponatlarındandır.
İş saatı: Həftənin hər günü 09.00-17:00
Xəbər lenti
-
18:15UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısında olan abidələrimiz
-
14:03Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
-
23:43Tarix və mədəniyyət abidələri xalqımızın pozulmaz yaddaşıdır
-
23:34AZƏRBAYCANIN MÜASİR MEMARLIQ ABİDƏLƏRİ
-
23:31Yuxarı məscid mədrəsəsi
-
23:30İşğaldan azad olunmuş rayonlarda Azərbaycanın mədəni irsi bərpa olunur
-
21:31Ordubad Came məscidi
-
21:31Möminə Xatun türbəsi
-
21:30Xanəgah türbəsi
-
21:29Gülüstan türbəsi
-
21:29Gəmiqaya
-
21:28Əshabi-Kəhf
-
21:27Əlincəçay xanəgahı
-
21:27Darkənd gümbəzi
-
21:26Culfa (Gülüstan) karvansarası
-
21:26Came məscidi
-
21:25Ağoğlan türbəsi
-
21:25Aza körpüsü
-
21:22Bülbülün evi
-
21:21Xan qızı Natəvanın evi
-
21:19Pənah xanın sarayı
-
21:17Şuşa qalası
-
17:29Abidələrimiz milli-mənəvi yaddaşımızdır
-
17:28QIZ QALASI
-
17:27ŞİRVАNŞАHLАR SАRАYI KОMPLЕKSİ
-
17:26BAKI ŞƏHƏRİNİN TARİXİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ BARƏDƏ MƏLUMAT
-
17:25Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir
-
16:31Opera Balet teatrı
-
16:30Hökumət evi
-
16:29Respublika sarayı
-
16:28Hacı Baxış məscidi
-
16:26Lüteran kilsəsi
-
16:26Körpü
-
16:23Qədim Şamaxı şəhəri
-
16:22Çıraqqala
-
16:21Sınıq körpü
-
16:21Məbəd Ləkit
-
16:19Allah Allah türbəsi
-
16:18Böyük Mərdəkan
-
16:13Zaqatala Tarix-Mədəniyyət Qoruğu
Digər xəbərlər
-
Qoruqlar
Zaqatala Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Pir Hüseyn Xanəgahı” Tarix - Memarlıq Qoruğu
-
Qoruqlar
“Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Nardaran” Tarix Mədəniyyət Qoruğu
-
Qoruqlar
“Soyqırımı Memorial Kompleksi”
-
Qoruqlar
“Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu
-
Qoruqlar
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu
-
Qoruqlar
Qobustan Milli Tarix-Bədii Qoruğu