Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis edilib. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Ölkəmizdə də bu günün qeyd olunması yaddaşımızı oyatmağa, Azərbaycanın zəngin mədəni irsinin bizim üçün misilsiz əhəmiyyətə malik olduğunu daha dərindən dərk etməyə, mədəni irsimizin inkişaf pillələrini yada salmağa xidmət edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar aprelin 18-də Qax rayonu İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən ölkə əhəmiyyətli "Sumuq qala” abidəsində keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən Qoruğun direktoru Azər Qocayev bildirib ki, Azərbaycan unikal mədəniyyət məskəni, eyni zamanda, bəşəriyyətə yüksək yaradıcılıq inciləri bəxş etmiş sivilizasiyalar qaynağıdır. Ölkəmizin ərazisində ulu əcdadlarımız tərəfindən əsrlər boyu yaradılan tarixi-mədəniyyət abidələri milli yaddaşımızın tərkib hissəsidir. Bu abidələrin hər biri sonrakı nəsillər üçün böyük əhəmiyyət kəsb edir. Xalqımızın malik olduğu zəngin mədəni irsin mühafizəsi və inkişaf etdirilməsi ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətinin əsas tərkib hissələrindəndir. Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə 2002-ci ildə yaradılan və 2005-ci ildən fəaliyyət göstərən "İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğu da məhz tarixi-mədəni irsimizin qorunmasına xidmət edir.
Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova çıxışında qeyd edib ki, Azərbaycan bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezidentin Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Vurğulanıb ki, xalqımıza məxsus zəngin maddi-mədəniyyət nümunələrinin üzə çıxarılmasında və bütün dünyada tanıdılmasında hazırda ölkə rəhbərliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə Heydər Əliyev Fondu xüsusilə böyük rol oynayır.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova isə çıxışında rayon ərazisində mövcud olan maddi və mədəniyyət abidələrinin qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Tədbir Qax Uşaq İncəsənət Məktəbi kollektivinin hazırladığı konsert proqramı ilə davam edib.
İştirakçılar daha sonra "Sumuq qala” abidəsi ilə yaxından tanış olublar.
Qoruğun direktoru Azər Qocayev AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında ərazidə yerləşən mədəniyyət və memarlıq abidələri və onların mühafizəsi sahəsində görülən işlərdən danışıb. Direktorun sözlərinə görə, hazırda qoruğun ərazisində mühafizəyə götürülən 51 tarixi-memarlıq və mədəniyyət abidəsi var. Bu abidələrdən 13-ü dövlət qeydiyyatına alınıb. Digər 38 abidənin də qeydiyyata alınması ilə bağlı müvafiq qurumlara müraciət olunub. Bu abidələrin bir qismi, o cümlədən "Sumuq qala”, "Ulu körpü” və "Ulu məscid” İlisu sultanlığı dövründə inşa edilib. Qala rayona gələn yerli və xarici turistlər üçün də böyük maraq doğurur. Belə ki, ötən il qalanı 4 mindən çox yerli və xarici turist ziyarət edib.
Qeyd edək ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qəbələ Dövlət Tarix-Bədii və Zaqatala Tarix-Mədəniyyət qoruqlarında da qeyd olunub.
Xəbər lenti
-
18:15UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısında olan abidələrimiz
-
14:03Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
-
23:43Tarix və mədəniyyət abidələri xalqımızın pozulmaz yaddaşıdır
-
23:34AZƏRBAYCANIN MÜASİR MEMARLIQ ABİDƏLƏRİ
-
23:31Yuxarı məscid mədrəsəsi
-
23:30İşğaldan azad olunmuş rayonlarda Azərbaycanın mədəni irsi bərpa olunur
-
21:31Ordubad Came məscidi
-
21:31Möminə Xatun türbəsi
-
21:30Xanəgah türbəsi
-
21:29Gülüstan türbəsi
-
21:29Gəmiqaya
-
21:28Əshabi-Kəhf
-
21:27Əlincəçay xanəgahı
-
21:27Darkənd gümbəzi
-
21:26Culfa (Gülüstan) karvansarası
-
21:26Came məscidi
-
21:25Ağoğlan türbəsi
-
21:25Aza körpüsü
-
21:22Bülbülün evi
-
21:21Xan qızı Natəvanın evi
-
21:19Pənah xanın sarayı
-
21:17Şuşa qalası
-
17:29Abidələrimiz milli-mənəvi yaddaşımızdır
-
17:28QIZ QALASI
-
17:27ŞİRVАNŞАHLАR SАRАYI KОMPLЕKSİ
-
17:26BAKI ŞƏHƏRİNİN TARİXİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ BARƏDƏ MƏLUMAT
-
17:25Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir
-
16:31Opera Balet teatrı
-
16:30Hökumət evi
-
16:29Respublika sarayı
-
16:28Hacı Baxış məscidi
-
16:26Lüteran kilsəsi
-
16:26Körpü
-
16:23Qədim Şamaxı şəhəri
-
16:22Çıraqqala
-
16:21Sınıq körpü
-
16:21Məbəd Ləkit
-
16:19Allah Allah türbəsi
-
16:18Böyük Mərdəkan
-
16:13Zaqatala Tarix-Mədəniyyət Qoruğu
20 Fevral 2025
18 Fevral 2025